Britaniyada bir gündə 46 mindən çox insanda koronavirus aşkarlanıb

Britaniyada bir gündə 46 mindən çox insanda koronavirus aşkarlanıb
# 11 yanvar 2021 22:22 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 46 169 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 118 518 nəfərə çatıb.

Son sutka ərzində 529 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 81 960 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR