Britaniyada bir gündə 767 nəfərdə koronavirus aşkarlanıb

Britaniyada bir gündə 767 nəfərdə koronavirus aşkarlanıb
# 25 iyul 2020 21:59 (UTC +04:00)

Son sutkada Böyük Britaniyada 61 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 45 738 nəfərə çatıb. Son gündə daha 767 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 298 681 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan bir gün əvvəl 123 nəfər virusun qurbanı olub, 768 nəfərinsə virusa yoluxması təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR