Britaniyada bərbərxana və restoranlar iyula qədər açılmayacaq

Britaniyada bərbərxana və restoranlar iyula qədər açılmayacaq
# 11 may 2020 11:03 (UTC +04:00)

Koronavirusla əlaqədar Britaniyada bərbərxanalar, kafe və restoranlar iyula qədər açılmayacaq.
APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər naziri Dominik Raab deyib.
"Britaniyalılar iyulun 4-dək bərbərxanalarda saçlarını kəsdirə, restoranlardada nahar edə və pivəxanalara baş çəkə bilməyəcəklər", - deyə nazir bildirib.

XİN başçısı Britaniya vətəndaşlarını bu il yay tətilini xarici ölkələrdə keçirməyi təxirə salmağa çağırıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR