Britaniyada daha 155 nəfər koronavirusdan ölüb

Britaniyada daha 155 nəfər koronavirusdan ölüb
# 08 iyul 2020 00:30 (UTC +04:00)

Son sutkada Böyük Britaniyada 155 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 44 391 nəfərə çatıb. Son gündə daha 581 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 286 349 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan bir gün əvvəl 16 nəfər virusun qurbanı olub, 352 nəfərinsə virusa yoluxması təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR