Britaniyada daha 763 nəfərdə koronavirus aşkarlanıb

Britaniyada daha 763 nəfərdə koronavirus aşkarlanıb
# 29 iyul 2020 23:59 (UTC +04:00)

Son sutkada Böyük Britaniyada daha 83 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

APA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 45 961 nəfərə çatıb. Son gündə daha 763 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 301 455 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan bir gün əvvəl 119 nəfər virusun qurbanı olub, 581 nəfərinsə virusa yoluxması təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR