Böyük Britaniyada son sutkada 36 804 nəfər koronavirusa yoluxub ki, bu da pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Hazırda koronavirusa yoluxanların ümumi sayı 2 110 314 nəfərə çatıb.
Son sutka ərzində 691 nəfər isə koronavirusa görə həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusa görə ölənlərin ümumi sayı 68 307 nəfər təşkil edir.