Britaniyada əhalinin yarısının koronavirusa yoluxa biləcəyi istisna edilmir

Britaniyada əhalinin yarısının koronavirusa yoluxa biləcəyi istisna edilmir
# 25 mart 2020 05:16 (UTC +04:00)

Böyük Britaniyada əvvəllər təxmin ediləndən daha çox insan yeni növ koronavirusa yoluxa bilər.

APA “Financial Times” qəzetinə istinadən xəbər verir ki, Oksford Universitetinin mütəxəssisləri həyata keçirdikləri tədqiqatın nəticəsi olaraq bu qənaətə gəliblər.

Tədqiqat rəhbəri, Nəzəri Epidemiologiya professoru Sunetra Quptanın sözlərinə görə, dərhal genişmiqyaslı seroloji tədqiqatlara başlanılmalıdır: “Hazırda epidemiyanın hansı mərhələsində olduğumuzu qiymətləndirmək üçün hər birimizi yoxlamaq lazımdır".

Oksford mütəxəssisləri nəticələrin hələ tam təsdiqlənmədiyini vurğulasalar da, qeyd edirlər ki, görüləcək tədbirlər əhalinin əhəmiyyətli bir hissəsinin qorunmasını təmin edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR