Britaniyada koronavirusa rekord sayda yoluxma və ölüm qeydə alınıb

Britaniyada koronavirusa rekord sayda yoluxma və ölüm qeydə alınıb
# 08 yanvar 2021 21:46 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 68 053 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 957 472 nəfərə çatıb.

Son sutka ərzində 1325 nəfər isə koronavirusdan həyatını itirib. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 79 833 nəfərə çatıb.

Qeyd edək ki, bu gün Britaniyada “Moderna” peyvəndinin istifadəsinə icazə verilib. Bu, istifadəsinə icazə verilən üçüncü peyvənddir. Bundan öncə “Pfizer-BioNTech” və “Oxford-AstraZeneca” peyvəndlətinin istifadəsinə icazə verilib. Hazırda Britaniyada təxminən 1,5 milyon insan peyvənd olunmaqdadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR