Britaniyada son sutka ərzində 4926 nəfər koronavirusa yoluxub.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, 37 nəfər isə koronavirusa görə həyatını itirib.
Bununla da hazırda Britaniyada koronavirusa yoluxanların sayı 403 551 nəfərə, ölənlərin sayı isə 41 825 nəfərə çatıb.