Britaniyada koronavirusa yoluxanların sayı 830 mini keçib

Britaniyada koronavirusa yoluxanların sayı 830 mini keçib
  • Clock-gray 02:09
  • calendar-gray 24 Oktyabr 2020

Böyük Britaniyada son sutka ərzində 20 530 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Məlumata görə, son sutkada 224 nəfər də koronavirusa görə həyatını itirib. Bununla da hazırda Britaniyada koronavirusa yoluxanların sayı 830 998 nəfərə, ölənlərin sayı isə 44 571 nəfərə çatıb.

Aytən Abbaslı

Digər xəbərlər