Britaniyada koronavirusdan ölənlərin sayı 60 000 nəfəri keçib

Britaniyada koronavirusdan ölənlərin sayı 60 000 nəfəri keçib
  • Clock-gray 20:26
  • calendar-gray 03 Dekabr 2020

Böyük Britaniyada son sutka ərzində 414 nəfər koronavirus xəstəsi həyatını itirib. Bununla da koronavirusdan ölənlərin sayı 60 113 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 14 879 nəfər isə koronavirusa yoluxub. Hazırda Britaniyada koronavirusa yoluxanların ümumi sayı 1 674 134 nəfərə çatıb.

 

Aytən Abbaslı

Digər xəbərlər