Britaniyada koronavirusdan ölənlərin sayı artıb

Britaniyada koronavirusdan ölənlərin sayı artıb
# 12 mart 2020 02:37 (UTC +04:00)

Böyük Britaniyada daha iki nəfər koronavirusun səbəb olduğu infeksiya nəticəsində dünyasını dəyişib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə İngiltərənin Səhiyyə İdarəsi məlumat yayıb.

Britaniyada son sutka ərzində koronavirusa yoluxanların sayı 83 nəfər artaraq, ümumilikdə 456 nəfərə çatıb.

Bundan əvvəl 6 nəfərin virusun qurbanına çevrildiyi deyilirdi.

“Xəstələrdən biri Dadli şəhərində həyatını itirib. Daha bir nəfər isə Uorkşir qraflığında dünyasını dəyişib”, - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR