Britaniyada koronavirusdan ölüm sayı 41,7 mini ötüb

Britaniyada koronavirusdan ölüm sayı 41,7 mini ötüb
# 15 iyun 2020 23:24 (UTC +04:00)

Böyük Britaniyada koronavirus infeksiyasından ölüm sayı son sutkada 38 nəfər artıb və ümumilikdə 41 736-ya çatıb. Bu virusa yoluxanların sayı isə 1056 nəfər artaraq 296 857 nəfər olub.

APA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.

Bundan bir gün əvvəl sutkalıq ölüm sayında 36 nəfər, yoluxanların sayında isə 1514 nəfər artım olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR