Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb

Britaniyada koronavirusdan rekord sayda ölüm qeydə alınıb
# 13 yanvar 2021 20:29 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 1564 nəfər koronavirusdan həyatını itirib. Bu, pandemiyanın başlamasından bəri qeydə alınan ən yüksək göstəricidir.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 84 767 nəfərə çatıb.

Son sutka ərzində 47 525 nəfərdə koronavirus aşkar olunub. Bununla da hazırda koronavirusa yoluxanların ümumi sayı 3 211 576 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR