Britaniyada oktyabrın 4-dən bəri ilk dəfə koronavirusdan 50-dən az ölüm qeydə alınıb

Britaniyada oktyabrın 4-dən bəri ilk dəfə koronavirusdan 50-dən az ölüm qeydə alınıb
# 21 mart 2021 22:48 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində koronavirusdan ölənlərin sayı 33 nəfər olub.

APA Britaniya hökumətinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, oktyabrın 4-dən bəri ilk dəfə qeydə alınan sutkalıq aşağı göstəricidir.

Bildirilib ki, ötən günlərdə ölüm hadisəsi 50-dən aşağı olmayıb.

Qeyd edək ki, bir gün əvvəl krallıqda koronavirusdan 96 nəfər ölmüşdü.

Son 24 saat ərzində koronavirusa yoluxanların sayı isə 5.3 min olub.

Ölkənin Səhiyyə Departamentinin son statistikasına görə, təsdiq edilmiş ölüm sayı 148 mindən çoxdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR