Britaniyada Əsma Əsədə qarşı istintaq başlayıb

Britaniyada Əsma Əsədə qarşı istintaq başlayıb
# 14 mart 2021 10:37 (UTC +04:00)

Böyük Britaniya polisi “Guernica 37” vəkil kollegiyasının müraciəti əsasında Suriya Prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədə qarşı ilkin istintaqa başlayıb.

APA-nın “Sunday Times” nəşrinə istinadən verdiyi məlumata görə, Ə. Əsəd Suriyada vətəndaş müharibəsində Suriya Ordusuna açıq dəstək verməkdə, terror aktlarının törədilməsini təhrik etməkdə şübhəli sayılır.

Ə. Əsəd haqqında İnterpol xətti ilə axtarış elan oluna, Böyk Britaniya vətəndaşlığından çıxarıla bilər.

Qeyd edək ki, Ə. Əsəd Suriya əsilli Britaniya vətəndaşıdır, B. Əsədlə ailə qurana, yəni 2000-ci ilə qədər əsasən Londonda yaşayıb, bankda çalışıb. Ə. Əsəd hələ də Britaniya vətəndaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR