Britaniyada son sutkada 10 972 nəfərdə koronavirus aşkarlanıb

Britaniyada son sutkada 10 972 nəfərdə koronavirus aşkarlanıb
# 14 fevral 2021 22:58 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 10 972 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 038 078 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 258 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 117 166 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR