Böyük Britaniyada son sutka ərzində 5379 nəfər koronavirusa yoluxub.
Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 307 304 nəfərə çatıb.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 112 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 284 nəfərə çatıb.