Britaniyada son sutkada 12 mindən çox insanda koronavirus aşkarlanıb

Britaniyada son sutkada 12 mindən çox insanda koronavirus aşkarlanıb
# 29 noyabr 2020 23:06 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 12 155 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 215 nəfər isə ölüb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ölkə ərazisində pandemiya başlayandan bəri ümumi yoluxma sayı 1 617 327, ölüm sayı isə 58245-dir.

Xatırladaq ki, Birləşmiş Krallıqda bir gün əvvəl 15 871 nəfərdə yeni virusa yoluxma, 479 ölüm qeydə alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR