Britaniyada son sutkada 20 minə yaxın koronavirus infeksiyası aşkar edilib

Britaniyada son sutkada 20 minə yaxın koronavirus infeksiyası aşkar edilib
# 22 noyabr 2020 06:12 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 19 875 koronavirusa yoluxma, 341 nəfər ölüm hadisəsi qeydə alınıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, ölkə ərazisində pandemiya başlayandan bəri ümumi yoluxma sayı 1 493 383, ölüm sayı isə 54 626-dır.

Xatırladaq ki, Birləşmiş Krallıqda bir gün əvvəl 20252 nəfərdə yeni virusa yoluxma, 511 ölüm qeydə alınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR