Britaniyada son sutkada 21 min nəfərdə koronavirus aşkar olunub

Britaniyada son sutkada 21 min nəfərdə koronavirus aşkar olunub
  • Clock-gray 20:43
  • calendar-gray 31 Yanvar 2021

Böyük Britaniyada son sutka ərzində 587 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 106 158 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 21 088 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 817 176 nəfərdir.

Aytən Abbaslı

Digər xəbərlər