Britaniyada son sutkada 230 nəfər koronavirusdan həyatını itirib

Britaniyada son sutkada 230 nəfər koronavirusdan həyatını itirib
# 15 fevral 2021 21:03 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 9765 nəfər koronavirusa yoluxub.

Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 047 843 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 230 nəfər koronavirusdan həyatını itirib.

Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 117 396 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR