Britaniyada son sutkada 28 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Britaniyada son sutkada 28 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 29 yanvar 2021 00:18 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 1239 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 103 126 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 28 680 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 743 734 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR