Britaniyada son sutkada 3,4 min nəfər koronavirusa yoluxub

Britaniyada son sutkada 3,4 min nəfər koronavirusa yoluxub
  • Clock-gray 22:58
  • calendar-gray 03 Aprel 2021

Böyük Britaniyada son sutka ərzində 3423 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 357 091 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 10 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 126 826 nəfərə çatıb.

Aytən Abbaslı

Digər xəbərlər