Britaniyada son sutkada 37 mindən çox koronavirusa yoluxma qeydə alınıb

Britaniyada son sutkada 37 mindən çox koronavirusa yoluxma qeydə alınıb
# 18 yanvar 2021 21:04 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 37 535 nəfər koronavirusa yoluxub.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departmenti məlumat yayıb.

Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 433 494 nəfərə çatıb.

Son sutka ərzində 599 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 89 860 nəfərə çatıb.

Səhiyyə Departmentindən bildirilib ki, hazırda 4 062 501 nəfər koronavirus əleyhinə peyvəndin ilkin dozasını qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR