Britaniyada son sutkada koronavirus qurbanlarının sayı 324 nəfər olub

Britaniyada son sutkada koronavirus qurbanlarının sayı 324 nəfər olub
# 30 may 2020 02:18 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində koronavirus qurbanlarının sayı 324 nəfər artaraq 38 161 nəfərə çatıb. Yeni infeksiyaya yoluxma halı isə 2095 nəfər artaraq ümumilikdə 271 222 nəfərə yüksəlib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Britaniyanın Maliyyə naziri Rişi Sunak mətbuat konfransında bildirib.

Xatırladaq ki, bir gün əvvəl Britaniyada koronavirusdan 377 nəfər ölüb, 1877 nəfərdə virusa yoluxma aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR