Böyük Britaniyada son sutka ərzində koronavirusa 54 940 nəfər yoluxub.
APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 3 072 349 nəfərə çatıb.
Son sutka ərzində 563 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 81 431 nəfərə çatıb.