Britaniyada son sutkada koronavirusdan 1014 nəfər dünyasını dəyişib

Britaniyada son sutkada koronavirusdan 1014 nəfər dünyasını dəyişib
# 06 fevral 2021 03:14 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 1014 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 111 264 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 19 114 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 911 573 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR