Britaniyada son sutkada koronavirusdan 1322 nəfər həyatını itirib

Britaniyada son sutkada koronavirusdan 1322 nəfər həyatını itirib
# 04 fevral 2021 02:17 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 1322 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 109 335 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 19 202 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 871 825 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR