Britaniyada son sutkada koronavirusdan 406 nəfər vəfat edib

Britaniyada son sutkada koronavirusdan 406 nəfər vəfat edib
# 01 fevral 2021 23:12 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində 406 nəfər koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 106 564 nəfərə çatıb.

APA-nın Britaniya müxbirinin verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 18 607 nəfər koronavirusa yoluxub. Hazırda koronavirusa yoluxanların ümumi sayı 3 835 783 nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR