Britaniyada son sutkada koronavirusdan 66 nəfər ölüb

Britaniyada son sutkada koronavirusdan 66 nəfər ölüb
# 16 iyul 2020 22:14 (UTC +04:00)

Böyük Britaniyada son sutka ərzində yeni növ koronavirus infeksiyasından (COVID-19) 66 nəfər vəfat edib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bununla da Britaniyada indiyədək koronavirusdan ölənlərin ümumi sayı 45 119 nəfərə çatıb.

Son 24 saat ərzində 642 yoluxma hadisəsi qeydə alınıb.

Ölkədə hazırda infeksiyaya yoluxanların ümumi sayı 292 552 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR