Britaniyada tanınmış riyaziyyatçı koronavirusdan vəfat edib

Britaniyada tanınmış riyaziyyatçı koronavirusdan vəfat edib
# 13 aprel 2020 12:38 (UTC +04:00)

Britaniyalı tanınmış riyaziyyatçı və “Həyat” oyununun yaradıcısı Con Konvey koronavirusdan vəfat edib.

APA-nın Gazeta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə onun həmkarı Sem Vonq özünün "Twitter" hesabında yazıb.

S. Vonq bildirib ki, riyaziyyatçının ölümü qəfil baş verib.

O bildirib ki, Konveyin ölümü Nyu-Cersidə koronavirusdan olan ağır itkilərin tərkib hissəsidir.

Qeyd edək ki, C.Konvey 1937-ci ildə anadan olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR