Britaniyada tibb bacısı 8 körpəni öldürməkdə ittiham olunur

Britaniyada tibb bacısı 8 körpəni öldürməkdə ittiham olunur
# 12 noyabr 2020 08:22 (UTC +04:00)

Böyük Britaniyanın şimal-qərbində yerləşən Çeşir qraflığında Lusi Letbi adlı tibb bacısına 8 körpənin qətli və daha 10 yeni doğulmuş körpənin öldürülməsinə cəhdlə bağlı ittiham irəli sürülüb.

APA “Daily Mail”ə istinadən xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanlarının çərşənbə günü yaydığı məlumatda bildirilib.

Qeyd edilib ki, “Chester Hospital”ın yeni doğulmuş körpələr şöbəsində işləyən 30 yaşlı tibb bacısı hazırda müvəqqəti saxlanc yerindədir.

Əvvəllər tibb bacısı 2 dəfə nəzarətə alınıb, lakin hadisənin şərtləri daha aydınlaşdırılana qədər zaminə buraxılıb. Letbi qarşı rəsmi ittihamların cümə axşamı “Warrington” Sülh Məhkəməsi tərəfindən irəli sürülməsi gözlənilir.

Qeyd edək ki, istintaq materiallarında hadisənin 2015-ci ilin iyun - 2016-cı il iyun ayları arasında baş verdiyi göstərilir.

Sözügedən hospitalda həmin dövr ərzində körpə ölümü hallarının yüksək olması polisin diqqətini çəkib. İstintaq zamanı həkimlər ölən körpələrin cəsədlərində xarakterik olmayan xəsarətlər aşkar etdiklərini bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR