Britaniyalı nazir: “Koronavirusun yeni variantının yayılması səhiyyə sistemini təzyiq altında qoyur”

Britaniyalı nazir: “Koronavirusun yeni variantının yayılması səhiyyə sistemini təzyiq altında qoyur”
# 30 dekabr 2020 14:19 (UTC +04:00)

“Hazırda Britaniyada yeni yoluxmaların əksəriyyəti koronavirusun yeni variantıdır”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Britaniyanın səhiyyə naziri Matt Hancock deyib.

O bildirib ki, bunun bir insandan digərinə ötürülməsi çox daha asandır.

Nazir qeyd edib ki, koronavirus yeni variantının yayılması səhiyyə sistemini təzyiq altında qoyur və buna görə də, insanlar öz öhdəliklərini yerinə gətirərək lazım olmadıqca evdən çıxmamalıdırlar.

O, Britaniyada istifadəyə verilən ikinci peyvəndin də virusun yeni variantı ilə mübarizədə önəmli rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, bu gün Oksford- AstraZeneca peyvəndi Britaniyada istifadə üçün təsdiqlənib. Bu, Britaniyada istifadə üçün təsdiqlənən ikinci koronavirus peyvəndidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR