Britaniyanın Baş naziri Hindistana səfər edəcək

Britaniyanın Baş naziri Hindistana səfər edəcək
# 15 dekabr 2020 12:55 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson yanvar ayında Hindistana səfər edəcək.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Bu, B. Consonun Baş nazir kimi Hindistana ilk səfəri olacaq. Səfərin məqsədi iki ölkə arasında ticarət, investisiya əlaqələrini və iqlim dəyişikliyi mövzusunda birgə əməkdaşlığı gücləndirməkdir.

“Hindistan Sakit okean regionunda əsas oyunçu olaraq Birləşmiş Krallıq üçün getdikcə əvəzolunmaz bir tərəfdaşa çevrilir. Biz iş yerlərini artırmaq, təhlükəsizliyimiz üçün ortaq təhdidlərlə qarşılaşmaq və planetimizi qorumaq üçün birgə çalışırıq”, - deyə B. Conson bildirib.

B. Conson Hindistanın hər il Yeni Delhidə keçirilən Respublika Günü paradına da qatılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR