Britaniyanın dövlət naziri Gürcüstanda səfərdədir

Britaniyanın dövlət naziri Gürcüstanda səfərdədir
# 15 fevral 2021 11:30 (UTC +04:00)

Böyük Britaniyanın Avropa Qonşuluğu və Amerika üzrə dövlət naziri Vendi Morton Gürcüstanda səfərdədir.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə dövlət naziri “Twitter”də bildirib.

“Gürcüstana ilk səfərimi etməkdən və Böyük Britaniya ilə Gürcüstan arasında dinamik tərəfdaşlıq əlaqələrindən məmnunluq duyuram”, - deyə V. Morton qeyd edib.

Nazir iki ölkənin yaxın müttəfiq olduğunu və əlaqələrinin gücləndiyini də vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR