Bu gün Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək

Bu gün Rumıniyada yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək
# 27 sentyabr 2020 05:14 (UTC +04:00)

Bu gün Rumıniyada yerli hakimiyyət orqanlarına - təxminən, 3.2 min bələdiyyə başçısı, 41 mahal şurası sədri 1.3 mindən çox qraflıq şurası üzvü və 40 min yerli şura üzvlüyünə seçkilər keçiriləcək.

APA TASS-a istinadən xəbər verir ki, Rumıniya paytaxtının ümumi bələdiyyə başçısı vəzifəsini qazanmaq üçün 18 namizəd mübarizə aparır.

Rumıniyanın keçmiş prezidenti Trayan Basesku və keçmiş Baş nazir Kelin Popesku-Teriçanu da paytaxt meri postu uğrunda mübarizəyə qatılıb.

Qeyd edək ki, Buxarest Baş Şurasının üzvü postuna namizədlər arasında keçmiş Baş nazir Petre Roman da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR