Çavuşoğlu Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi ilə görüşüb

Çavuşoğlu Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi ilə görüşüb
  • Clock-gray 15:10
  • calendar-gray 24 Yanvar 2020

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin Türkiyə üzrə məruzəçisi Naço Sançez Amoru qəbul edib.

Bu barədə APA-nın yerli bürosuna Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

Görüş zamanı M. Çavuşoğlu Naço Sançez Amorun Avropa Parlamentində fəaliyyəti dövründə Türkiyəyə qarşı ədalətli və obyektiv mövqe nümayiş etdirəcəyinə ümid etdiyini bildirib.  

Qeyd edək ki, Naço Sançez Amor Türkiyəyə 5 günlük rəsmi səfərinin yekunlarına həsr olunmuş hesabat hazırlayacaq. Hesabatda Türkiyə-Avropa İttifaqı münasibətləri, Türkiyənin Avropaya inteqrasiyası, məhkəmə islahatları, mətbuat və söz azadlığı, xarici və daxili siyasətə dair yeniliklərə dair məsələlər yer alacaq.

Məruzəçi M. Çavuşoğlundan əvvəl Ədliyyə naziri, siyasi partiyaların rəhbərləri, İstanbul və Ankara şəhərlərinin bələdiyyə sədrləri ilə görüşüb, Türkiyə Böyük Millət Məclisində olub və ölkənin bir sıra şəhərlərinə səfər edib.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date