Çavuşoğlu: “Mustafa Akıncı Kipr türklərinə layiq prezident deyil”

Çavuşoğlu: “Mustafa Akıncı Kipr türklərinə layiq prezident deyil”
# 10 fevral 2020 15:00 (UTC +04:00)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Mustafa Akıncının Türkiyə siyasi ictimaiyyətində qəzəb doğuran son müsahibəsinə mövqe bildirib.

APA-nın yerli bürosunun xəbərinə görə, Mövlud Çavuşoğlu KKTC prezidentini Şimali Kipr türklərinə rəhbərlik etməyə layiq görmədiyini bildirib: “Bizim Kipr probleminin həlli və Kipr türklərinin bərabər hüquqluğu, təhlükəsizliyi istiqamətində mövqeyimiz məlumdur. Bu gün bəzi Qərb ölkələri seçki ərəfəsində Türkiyəni hədəfə almaq üçün Mustafa Akıncıdan alət olaraq istifadə edir. Mən dürüst olmayan belə bir siyasətçini nə Türkiyədə, nə də başqa bir ölkədə gördüm. Bunlarla bağlı önümüzdəki günlərdə də açıqlamalarım olacaq. Akıncı nə səbəbə Türkiyəyə hücum edir, bunu Kipr türklərinin yaxşı düşünməsi lazımdır. Belə bir siyasətçi Şimali Kipr xalqına layiq deyil”.

Qeyd edək ki, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı İngiltərənin “The Guardian” qəzetinə müsahibəsində Şimali Kiprin Türkiyənin muxtariyyətində olmasını istəmədiyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR