Çavuşoğlu italiyalı həmkarı və Avropa İttifaqının Ali nümayəndəsi ilə telefon söhbəti edib

Çavuşoğlu italiyalı həmkarı və Avropa İttifaqının Ali nümayəndəsi ilə telefon söhbəti edib
# 10 yanvar 2020 06:54 (UTC +04:00)

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel və İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo ilə telefon söhbəti edib.

APA-nın yerli bürosunun Türkiyə XİN-ə istinadla verdiyi xəbərə görə, telefon danışığının mövzusu Liviya olub.

Qeyd edək ki, yanvarın 8-də Qahirədə Fransa, İtaliya, Yunanıstan və Cənubi Kiprin baş diplomatları Misir Xarici İşlər naziri Səmih Şükrünün dəvəti ilə bir araya gəlib. Görüşdə Türkiyənin Liviyaya hərbi qüvvə göndərməsi məsələsi və bu ölkədəki son durum müzakirə edilib.

İtaliyanın Xarici İşlər naziri Luici Di Mayo görüşdən sonra mətbuat konfransına qatılmayıb və Liviya toplantısnın yekun bəyannaməsinə imza atmaqdan imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR