Çexiya Rusiya səfirliyinin 70 əməkdaşını ölkədən çıxara bilər - YENİLƏNİB

Çexiya Rusiya səfirliyinin 70 əməkdaşını ölkədən çıxara bilər - YENİLƏNİB
# 22 aprel 2021 17:49 (UTC +04:00)

Çexiya Rusiya səfirliyinin 70-ə yaxın əməkdaşını ölkədən çıxara bilər.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çexiyanın xarici işlər naziri Jakub Kulhanek deyib.

“Dünən Rusiya səfirinə bildirdim ki, əgər çex diplomatlar Moskvaya qayıtmasa, Praqadakı Rusiya səfirliyin tərkibini bu səviyyəyə endirəcəyik. Rusiya tərəfi tələbimizə reaksiya vermədiyi üçün bu qərarın tətbiqinə başlayacağıq”, - çex nazir bildirib.

XİN başçısı qeyd edib ki, Rusiya səfirliyinin əməkdaşları mayın sonunadək Çexiya ərazisini tərk etməlidir.

Rusiyanın Praqadakı səfirliyində 27 diplomat və 67 texniki işçi, Çexiyanın Moskvadakı səfirliyində isə 5 diplomat və 19 texniki işçi var. Belə olan halda Rusiya səfirliyinin 22 diplomatı və 48 texniki işçisi Çexiyanın paytaxtını tərk edə bilər.

***

saat 12:18

Çexiya Rusiya səfirliyinin 60 əməkdaşını ölkədən çıxara bilər.

APA-nın xəbərinə görə, bunu Çexiyanın xarici işlər naziri Jakub Kulhanek "Lidove noviny" nəşrinə müsahibəsində deyib.

O bildirib ki, əgər Moskva "persona non qrata" elan etdiyi Çexiya səfirliyinin əməkdaşlarının Rusiyaya qayıtması ilə bağlı qərar verməzsə, o zaman bu addım atıla bilər.

"Hazırda 60 nəfər nəzərdə tutulub. Bu rəqəm (Rusiyanın Çexiyadakı səfirliyinin əməkdaşlarının sayı) bizim Moskvadakı səfirliyimizdə olan personalın sayına uyğun olmalıdır", - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR