Çexiya Senatının sədri vəfat edib

Çexiya Senatının sədri vəfat edib
# 20 yanvar 2020 16:17 (UTC +04:00)

Çexiya Parlamenti Senatının spikeri Yaroslav Kubera 72 yaşında vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Senatın "Twitter"dəki səhifəsində bildirilib.

Y. Kubera vəzifəsinin icrasına 2018-ci ildə başlamışdı. Spikerin ölüm səbəbləri barədə hələlik məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR