Çexiyada koronavirusdan ölüm sayı rekord həddə çatıb

Çexiyada koronavirusdan ölüm sayı rekord həddə çatıb
# 25 sentyabr 2020 07:16 (UTC +04:00)

“Çex Respublikasında son sutkada koronavirusdan 19 nəfər ölüb ki, bu, ölkədəki pandemiya dövründə yoluxanlar arasında rekord sayda ölüm faktıdır”.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, avqustun sonu ilə müqayisədə ağır xəstə sayı beş qat (120 nəfər) artıb. Cümə axşamı saat 18.00-a qədər aktiv xəstələrin sayı 28 933 nəfər olub, bunlardan 670-i xəstəxanaya yerləşdirilib. Ümumiyyətlə, pandemiya zamanı ölkə üzrə 567 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, Avropa Xəstəliklərin qarşısının alınması və Nəzarət Mərkəzi (ECDC) Çexiyanı epidemiyanın ən sürətlə inkişaf etdiyi 7 ölkə sırasına əlavə edib. Bu siyahıya Çexiyadan əlavə İspaniya, Malta, Rumıniya, Bolqarıstan, Xorvatiya və Macarıstan da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR