Çexiyada restoranda dəm qazından kütləvi zəhərlənmə olub

Çexiyada restoranda dəm qazından kütləvi zəhərlənmə olub
# 13 yanvar 2020 05:24 (UTC +04:00)

Çexiyanın paytaxtı Praqadan 110 km şimalda yerləşən Yablones şəhərindəki restoranlardan birində dəm qazından kütləvi zəhərlənmə qeydə alınıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 11 nəfər zəhərlənib.

Çex polisinin məlumatına görə, onlardan 8-i müştəri, 3-ü isə restoranın işçisi olub.

Zəhərlənən şəxslərə dərhal tibbi yardım göstərilib. Bir qadının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR