Çindən kənarda koronavirusa yoluxanların sayı 3664-ə çatıb

Çindən kənarda koronavirusa yoluxanların sayı 3664-ə çatıb
# 28 fevral 2020 07:14 (UTC +04:00)

Çindən kənarda koronavirusa yoluxanların sayı 46 ölkədə 3664 nəfərə çatıb. Onlardan 57 nəfəri ölüb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edək ki, ÜST-in yaydığı son məlumata görə, Çində virusa yoluxan insanların sayı 78630 nəfər, ölənlərin sayı isə 2747 nəfərdir.

Dünya üzrə bu göstərici 82294 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR