Conson Baydenlə Çinin Britaniyaya qarşı sanksiyalarından narahatlığını müzakirə edib

Conson Baydenlə Çinin Britaniyaya qarşı sanksiyalarından narahatlığını müzakirə edib
# 27 mart 2021 04:41 (UTC +04:00)

Böyük Britaniyanın Baş naziri Boris Conson ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı krallığın hökumət rəhbərinin ofisi yayıb.

Telefon danışığı zamanı B.Conson Sintszyan-Uyğur Muxtar Rayonunda insan haqları ilə bağlı vəziyyətə görə Pekini tənqid edən bir sıra britaniyalı siyasətçi və təşkilatlara qarşı Çinin tətbiq etdiyi sanksiyalardan narahatlığını dilə gətirib.

“Tərəflər ümumi beynəlxalq çağırışları müzakirə ediblər. Liderlər İranın nüvə anlaşmasının icrasına qayıtmasının vacibliyini vurğulayıblar. Çinə gəldikdə, Baş nazir və Prezident Böyük Britaniya, ABŞ və digər beynəlxalq tərəfdaşlar tərəfindən bu həftənin əvvəlində atılan mühüm addımlarla, xüsusilə Sintszyanda insan haqlarını pozanlara qarşı tətbiq edilən sanksiya ilə bağlı öz fikirlərini bölüşüblər. Conson və Bayden Çinin cavab tədbirləri ilə əlaqədar narahatlıqlarını ifadə ediblər”, - məlumatda belə deyilir.

Bəyanatda, həmçinin qeyd olunur ki, tərəflər koronavirusla mübarizə məsələlərini və öz ölkələrində vaksinasiyanın icrası tempini də müzakirə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR