Cozef Borel ABŞ-a səfər edəcək

Cozef Borel ABŞ-a səfər edəcək
# 05 fevral 2020 16:39 (UTC +04:00)

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozef Borel ABŞ-a səfər edəcək.

APA-nın Aİ-nin saytına istinadən verdiyi xəbərə görə, Cozef Borel Aİ-nin Ali Nümayəndəsi kimi ABŞ-a ilk səfərini fevralın 6-7-də reallaşdıracaq.

Səfəri çərçivəsində Cozef Borel ABŞ Dövlət katibi Maykl Pompeo, Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşavir Robert Obrayn və ABŞ Prezidentinin baş məsləhətçisi Cared Kuşner ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR