Cozep Borrell və İsrail XİN başçısı arasında telefon danışığı olub

Cozep Borrell və İsrail XİN başçısı arasında telefon danışığı olub
  • Clock-gray 15:23
  • calendar-gray 18 Sentyabr 2020

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell və İsrailin Xarici İşlər naziri Qabi Aşkenazi arasında telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Aİ-nin Xarici Fəaliyyət Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı Aİ və İsrail arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb və bölgədəki son vəziyyət müzakirə olunub. 

C. Borrell bildirib ki, Aİ İsraillə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn arasında münasibətlərin normallaşmasını dəstəkləyir və dinc, firavan Yaxın Şərq üçün regional əməkdaşlığın inkişafına hazırdır. 

Aİ rəsmisi beynəlxalq səviyyədə razılaşdırılmış parametrlərə və beynəlxalq hüquqa uyğun və reallaşdırıla bilən iki dövlətli bir həll yolu ilə bağlı İsrail və fələstinlilər arasında danışıqların yenidən başlamasının vacibliyini vurğulayıb.

Zümrüd Paşkin

Digər xəbərlər