Culian Assancın ABŞ-a ekstradisiyası britaniyalı hakim tərəfindən rədd edilib

Culian Assancın ABŞ-a ekstradisiyası britaniyalı hakim tərəfindən rədd edilib
# 04 yanvar 2021 15:34 (UTC +04:00)

“WikiLeaks”in təsisçisi Culian Assancın ABŞ-a ekstradisiyası britaniyalı hakim tərəfindən rədd edilib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu gün Britaniyanın “Old Bailey” məhkəməsində Culian Assancın ABŞ-a ekstradisiyası ilə bağlı məhkəmə keçirilib. Hakim Vanessa Baraitser C.Assancın ekstradisiya olunacağı təqdirdə intihar edə biləcəyindən qorxduğu üçün ABŞ hökumətinin ekstradisiya tələbini rədd etdiyini söyləyib.

O bildirib ki, Culian Assanc ABŞ-a ekstradisiya edilə bilməz. ABŞ hökuməti isə qərardan apelyasiya şikayəti verəcəyini bildirib.

Xatırladaq ki, Culian Assanc ABŞ tərəfindən espionaj və hökumət kompüterlərindən məlumat sızdırmaq səbəblərindən 18 ittiham üzrə axtarışdadır. Bu ittihamlara görə, C.Assanc ABŞ-a ekstradisiya edilsə, 175 illik həbs edilə bilər. Culian Assanc hazırda Britaniyada Belmarş həbsxanasında saxlanılır. O, 2012-ci ildə Londondakı Ekvador səfirliyindən siyasi sığıncaq almışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR