Dünyada koronavirusdan ölüm sayı 2 milyonu ötüb

Dünyada koronavirusdan ölüm sayı 2 milyonu ötüb
# 17 yanvar 2021 03:14 (UTC +04:00)

Dünyada son sutkada 688 015 nəfər koronavirusa yoluxub, 14 718 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 92 506 811 yoluxma hadisəsi, 2 001 773 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 54 faizdən çoxu Şimali və Cənubi Amerikanın (373 931), Avropa (219 615) payına düşür. Digər yerləri isə Afrika (30 500) bölüşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR